Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Azercell Telekom” MMC 2016-cı ili də uğurla başa vurub

23 Fevral 2017
 

“Azercell Telekom” MMC fəaliyyət göstərdiyi 20 il ərzində ölkə iqtisadiyyatında öz sözünü deyən şirkətlərdən biri olub. 2016-cı ildə də bir çox sahədə liderliyi qoruyub saxlayan mobil operator əksər göstəricilər üzrə irəliləyib. Bu barədə “Azercell Telekom” MMC-nin dünən  keçirilmiş 2016-cı ilin yekunlarına həsr olunmuş hesabat yığıncağında bəhs olunub.

Nəticələrlə bağlı geniş məlumat verən şirkət rəhbəri Vahid Mürsəliyev qeyd etdi ki, “Azercell” ölkənin qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayədarı olmaqda davam edir. 2016-cı ildə şirkət dövlət büdcəsinə 175,1 milyon manat, 20 il ərzində isə 1 milyard 458,2 manat vəsait ödəyib. Ötən il “Azercell” ödəmələrinin büdcədə xüsusi çəkisi təqribən respublika budcəsindəki ümumi ödənişlərin 2,3%-ni, qeyri-neft sektoru üzrə ödənişlərin 2,9%-ni təşkil edib.  2016-cı il ərzində Azərbaycanda telekommunikasiyanın inkişafına təqribən 31 milyon 16 min ABŞ dolları, ölkədə fəaliyyət göstərdiyi 20 il ərzində isə 1 milyard 443 milyon ABŞ dolları ödəyib.  2016-cı ildə şirkət öz işçilərinin inkişafına 659 430.21 ABŞ dolları, 20 il ərzində isə 22 434 173.21 ABŞ dolları sərmayə yatırıb.  Ötən bir il ərzində “Azercell” ölkədə sosial layihələrin həyata keçirilməsi üçün 255 683.84 ABŞ dolları, 20 il ərzində isə 18 722 027.66 ABŞ dolları həcmində vəsait sərf edib.

2016-ci il müştərilərimiz üçün “Azercell”ə “Həyat 4G sürətilə paylaşılan hər anı ilə gözəldir” lozunqu altında keçdi. Bir il ərzində 4G şəbəkəsini 84% gücləndirdik, sürətli interneti əlçatan etmək üçün mobil internet tariflərinə 27% endirim etdik.  Rouminqdə vahid endirimli tariflə ünsiyyət saxlanıla biləcək ölkələrin siyahısını genişləndirdik. Yeni konsepsiyalı satış və xidmət mərkəzlərinin sayını artırdıq. Z. Tağıyev küçəsində  yerləşən ilk müştəri xidmətlərini və “Gənclik Mall”da açılan yeni ofisimizi müasir Skandinaviya stilində yeni konsepsiyada təqdim etdik.

Hazırda “Azercell” Azərbaycanda ən böyük müştəri xidmətləri şəbəkəsi - 63 Ön Masa və “Azercell Ekspress” ofisləri və 393 rəsmi satış məntəqəsindən ibarət ən geniş satış şəbəkəsi vasitəsilə abunəçilərinə xidmət göstərir.

Mükafatlar baxımından da 2016-cı il şirkət üçün çox uğurlu oldu. “Azercell Telekom”un prezidenti Vahid Mürsəliyev beynəlxalq “The Business Year” dərgisi tərəfindən “İlin şirkət rəhbəri” mükafatını alıb. O, həmçinin BMT nəzdindəki Beynəlxalq Rabitə Akademiyasının akademiki tituluna layiq görülüb, ölkədə Paralimpiya hərəkatının inkişafındakı xidmətlərinə görə Milli Paralimpiya Komitəsinin fəxri diplomu ilə təltif edilib.

2016-cı ildə “Azercell” keyfiyyət sistemini daha da təkmilləşdirərək daha 2 beynəlxalq standartın tələblərini şirkətdə tətbiq etdi və sertifikasiya auditindən uğurla keçdi. Bunlar “Ətraf mühitə göstərilə biləcək təsirlərin idarə edilməsi”nə dair İSO 14001:2015 və “Əməyin təhlükəsiz təşkili və mühafizəsi”nə dair OHSAS 18001 standartlarıdır.

“Azercell”in Mobil Göz və Mobil Diş Klinikaları 2016-cı il ərzində regionlara səfər edərək 2.000-ə yaxın, fəaliyyətə başladığı 2010-cu ildən bugünədək isə 6.000-dən çox kimsəsiz uşaq, ahıl və aztəminatlı ailələri müayinə və müalicə edib. “Azercell”in dəstəyi ilə fəaliyyət göstərən Bakı və Gəncə Uşaq Qaynar Xətti xidmətinə 2016-ci il ərzində 3700-ə yaxın müraciət daxil olub. 2010-2016-cı illər ərzində isə bu 18000-dən artıq olub. Ötən ilin sonunda şirkətin təşəbbüsü və dəstəyi ilə Uşaq Qaynar Xəttinin Android üçün mobil aplikasiyası hazırlanıb.

“Azercell Telekom” MMC-nin 2014-cü ildən dəstək verdiyi Milli Uşaq Paralimpiya Komitəsinin gənc üzvləri II Uşaq Paralimpiya Oyunlarında iştirak ediblər.

Bundan əlavə, şirkət hər zaman olduğu kimi, öz fəaliyyəti ilə ölkədəki gəncləri də həvəsləndirib. Belə ki, tələbələr üçün “Yay Təcrübə Proqramı” davam edib, 2016-cı ildə 28 tələbə isə “Azercell”in Təqaüdçüsü adına layiq görülüb.

“Azercell”in köməyilə ölkəmizdə ilk dəfə olaraq möhtəşəm “Oracle” konfransı, “Big Data Day Baku”, “Barama HackDay 2016”  kimi tədbirlər baş tutub.

Eyni zamanda 2016-cı il ərzində həm müəllimlər, həm startuplar üçün seminarlar təşkil olunub, jurnalistlər üçün ingilis dil kursları davam etdirilib. Bu il dil kurslarına qatılmaq istəyən jurnalistlərin sayı yüz nəfəri ötüb. 

Tədbirdə jurnalistlərin çoxsaylı su

alları da rəhbərlik və uyğun şirkət nümayəndələri tərəfindən əhatəli cavablandırılıb.

 

“Azərbaycan”