Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

AMEA-nın İctimai Elmlər Bölməsi hesabat verib

22 Fevral 2017
Fevralın 22-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin növbəti iclası olub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələlər barədə məlumat verib.

Sonra AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova “İctimai elmlər üzrə elmi tədqiqatların vəziyyəti və gələcək inkişaf istiqamətləri” mövzusunda məruzə ilə çıxış edib.

Bildirilib ki, bölmənin elmi-tədqiqat müəssisələrində Azərbaycanın tarixi və iqtisadiyyatı, hüquq elmi, respublikamızda, eləcə də Yaxın və Orta Şərq ölkələrində baş verən ictimai, siyasi, sosial-iqtisadi və mədəni proseslər və milli münasibətlərə dair tədqiqat işləri aparılıb, mühüm elmi nailiyyətlər əldə edilib.

N.Axundova qeyd edib ki, bölməyə daxil olan müəssisələrdə 32 problemi əhatə edən 118 mövzuda 274 mərhələdə 240 iş üzrə tədqiqatlar aparılıb. Bu tədqiqatlardan 190-ı tamamlanıb. Bölmə üzrə 16 mühüm nəticə əldə edilib.

Məruzə ətrafında müzakirələr aparılıb, təkliflər səsləndirilib.

İclasda bir sıra elmi-təşkilati və kadr məsələlərinə də baxılıb.