Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Gözəlləşən və müasirləşən Mingəçevir

19 Fevral 2017
 

Azərbaycanı nur selinə qərq edən, XX əsrin gənclik şəhəri kimi tanınan Mingəçevir, əslində, qədim insan məskənlərindən biridir. Dövlətin qayğısı, mingəçevirlilərin zəhmətsevərliyi ilə bu şəhər ilbəil  böyüyür, gözəlləşir və müasirləşir.

Digər bölgələrdə olduğu kimi, burada da şəhər əhalisinin sosial rifah halının yaxşılaşdırılması sahəsində son on ildə ciddi tədbirlər həyata  keçirilib. Şəhərin girəcəyində məcburi köçkün ailələri üçün çoxmərtəbəli binalardan ibarət yeni yaşayış sahəsi salınıb. Bu massiv müasir şəhərsalma tələbləri çərçivəsində ərsəyə gətirilib. Yeni qəsəbə doqquzmərtəbəli 10 yaşayış binasından ibarətdir. Bütün infrastruktura malik, 10 hektar ərazini əhatə edən yaşayış sahəsində 480 şagird-yerlik üçmərtəbəli məktəb, 50 yerlik uşaq bağçası, 2 elektrik yarımstansiyası, hər biri 500 kubmetr həcmli 2  su anbarı sakinlərin rahat, qayğısız və problemsiz yaşamaları üçündür.

 

Akif NƏSİBOV,

Mingəçevirdə məskunlaşmış məcburi köçkün