Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yanvarda Azərbaycandakı magistral neft kəmərləri ilə 3,5 milyon ton neft nəql olunub

17 Fevral 2017
Yanvarda Azərbaycandakı magistral neft kəmərləri ilə 3 milyon 543 min ton neft nəql olunub. Nəqletmənin 80,1 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və qeyd edilən dövr ərzində bu kəmər vasitəsilə 2 milyon 838,8 min ton neft ötürülüb. Ötən ay BTC ilə 426,5 min ton tranzit neft də nəql edilib.

Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.