Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Prezident İlham Əliyev Münxendə “Kaspersky Lab” şirkətinin sahibi və baş icraçı direktoru ilə görüşüb

17 Fevral 2017
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Münxendə “Kaspersky Lab” şirkətinin sahibi və baş icraçı direktoru Yevgeni Kasperski ilə görüşüb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə “Kaspersky Lab” şirkətinin Azərbaycan ilə müəyyən sahələrdə uğurla əməkdaşlıq etdiyi vurğulandı. Dünyada mürəkkəb proseslərin baş verdiyi bir dövrdə kibertəhlükəsizliyin təmin olunmasının ikitərəfli əməkdaşlıqda mühüm yer tutduğu bildirildi. Azərbaycan ilə əlaqələrin daha da genişləndirilməsinin vacibliyinin vurğulandığı söhbət zamanı xüsusilə sənaye və digər sahələrdəki proseslərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlərin görülməsi ətrafında fikir mübadiləsi aparıldı.