Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Almaniya alimləri okeanlarda oksigenin azaldığını söyləyirlər

17 Fevral 2017
Almaniyalı mütəxəssislər okeanlarda oksigenin həcminin azaldığını və bu təbii fəlakətin sürətlə baş verdiyini bildiriblər.

AZƏRTAC “runews24.ru” saytına istinadla xəbər verir ki, elmi tədqiqatlar nəticəsində son 50 il ərzində okeanlarda oksigenin həcminin iki faiz azaldığı sübut olunub. Alimlər, həmçinin okeanların üst təbəqəsində oksigenin daha çox itirildiyini dəqiqləşdiriblər. Buna səbəb kimi antropogen amillərin hidrosferə mənfi təsiri göstərilir.

Alimlərin fikrincə, oksigenin səviyyəsinin azalması su hövzələrində yaşayan canlılar üçün təhlükəli ola bilər.