Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Prezidenti İlham Əliyev Münxendə İsrailin müdafiə naziri ilə görüşüb

17 Fevral 2017
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Münxendə İsrail Dövlətinin müdafiə naziri Aviqdor Liberman ilə görüşüb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Azərbaycan-İsrail əlaqələrinin müxtəlif aspektləri müzakirə edildi. Aviqdor Libermanın xarici işlər naziri kimi Azərbaycana səfəri xatırlandı. İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahunun ötən il Azərbaycana etdiyi uğurlu səfərindən danışıldı. Azərbaycan ilə İsrail arasında hərbi-texniki sahədə əməkdaşlığın məmnunluq doğurduğu vurğulandı, bu sahədə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə edildi.