Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Türkiyə, Rusiya və İran Suriyada barışığı izləyəcəklər

17 Fevral 2017
Qazaxıstanın paytaxtı Astanada keçirilmiş danaşıqların yekunlarına görə Türkiyə, Rusiya və İranın iştirakı ilə Suriyada atəşkəsi müşahidə etmək üçün monitorinq qrupunun yaradılması haqqında qərar qəbul olunmuşdur. Bu barədə “Anadolu” agentliyi xəbər verir. Suriya müxalifətin nümayəndəsi Məhəmməd Əlluşun dediyinə görə, danışıqların gedişində monitorinq mexanizminin yaradılması və siyasi məhbusların azadlığa buraxılması məsələləri müzakirə olunmuşdur. O qeyd etmişdir ki, Türkiyə, Rusiya və İranın iştirakı ilə müştərək monitorinq qrupunun yaradılmasının təfərrüatları Ankarada nəzərdən keçiriləcək. 

Əlluş əlavə etmişdir ki, Ankara danışıqlarının gedişində həm də siyasi məhbusların azadlığa buraxılması məsələsinə baxılacaq. Onun dediyinə görə, bundan başqa, Suriya müxalifəti Səudiyyə Ərəbistanı, Qətər və İordaniya nümayəndələrinin monitorinq qrupunun işində iştirakını tələb edir.
Öz növbəsində Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşşar Cəfəri məlumat vermişdir ki, Astana danışıqları konstruktiv şəraitdə keçmiş və Cenevrədə Suriya münaqişəsinin tərəfləri arasında görüş üçün yaxşı baza hazırlanmışdır.