Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Finlandiya orduda hərbi qulluqçuların sayını artıracaq

17 Fevral 2017
Finlandiya ordusunda əsgərlərin sayı hərbi münaqişə şəraitində 230 mindən 280 minədək artırılacaq. “Alman dalğası” radiostansiyasının xəbərinə görə, bu barədə Finlandiya hökumətinin müdafiə siyasəti barədə məruzəsində məlumat verilir.

Sənəddə qeyd olunur ki, “Rusiya dünya dövləti statusunu möhkəmlətməyə can atır və nüfuz dairələrinə əsaslanan təhlükəsizlik sistemi yaratmaq niyyətində olduğunu bəyan edir”. Məruzədə daha sonra deyilir ki, Moskva “nizami silahlı qüvvələri və digər geniş mexanizm spektrini tətbiq etməyə” hazır olduğunu nümayiş etdirmişdir.

Finlandiya hərbi qulluqçularının sayının artırılması dövlət büdcəsinə hər il əlavə olaraq 55 milyon avroya başa gələcək. Fin ordusunun şəxsi heyəti 2012-ci ildə 350 min nəfərdən ibarət idi, amma sonralar bu rəqəm 230 min nəfərə endirilmişdir.