Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Samsung“un rəhbərinin həbsinə order verildi

17 Fevral 2017
Seul məhkəməsi Cənubi Koreyanın eks-prezidenti Pak Kın Xenin ətrafında korrupsiya işi ilə əlaqədar “Samsung Group“un faktiki başçısı, konsernin vitse-prezidenti Li Çje Yönün həbsinə order vermişdir. Bu barədə BBC xəbər verir.

Prokurorluq Li Çje Yönün həbsini ötən ayın 16-da tələb etmişdi. İstintaq onu rüşvətxorluqda, israfçılıqda və hakimiyyətdən kənarlaşdırılmış sabiq dövlət başçısı Pak Kın Xenin ətrafında korrupsiya qalmaqalının təhqiqi fonunda yalan ifadə verməkdə ittiham edir. Li Çje Yönün həbsinə nail olmaq üçün ilk cəhd uğursuzluqla nəticələnmişdi – məhkəmə yanvarın 18-də istintaqın təqdim etdiyi dəlilləri yetərsiz saymışdı.

Li Çje Yönü “Samsung” korporasiyasının sədri Li Qın Xinin varisi hesab edirlər. Sədr 2014-cü ildə infarkt keçirəndən bəri xəstəxanadadır.