Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Geoloqlar Yerin 8-ci qitəsini kəşf etdilər

16 Fevral 2017
Zelandiya – Yer kürəsinin 8-ci qitəsi Sakit okeanın cənub-qərb hissəsində, suyun altında yerləşir. Yeni Zelandiya, Avstraliya və Yeni Kaledoniya geoloqları belə bir nəticəyə gəlmişlər.

Yeni qitənin sahəsi təxminən 5 milyon kvadratkilometrdir. Onun əksər hissəsi – təqribən 94 faizi suyun altındadır, yerüstü elementləri yeni Kaledoniya adaları və Yeni  Zelandiyanın Şimal və Cənub adalarıdır.

Alimlərin fikrincə, Zelandiya təxminən 100 milyon il əvvəl Hondvandan – qədim superqitədən qopmağa başlamışdır. Bu, Yer qabığının deformasiyasına gətirib çıxarmış, nəticədə materikin əksər hissəsi su altında qalmışdır.

Geoloqlar gəldikləri nəticələri peyk müşahidələri  və qravimetriya ilə təsdiqləyirlər. Ona görə də alimlər coğrafi qitələrin sayını səkkizə çatdırmağı təklif edirlər.