Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Azerreyl” Super Liqada onuncu qələbəsini qazanıb

15 Fevral 2017
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının növbəti oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, Super Liqanın lideri “Telekom” komandası “Lokomativ”i 3:0 hesabı ilə məğlub edib.

Çempionatın daha bir maraqlı oyunu isə “Azərreyl” ilə “Azəryol” voleybolçuları arasında olub. Görüşdə “Azərreyl” hər üç setdə qalib gələrək Super Liqada onuncu qələbəsini qazanıb.

Hazırda Super Liqaya 29 xalla “Telekom” başçılıq edir. Xallarının sayını 23-ə çatdıran “Azərreyl” ikinci sıradakı yerini möhkəmləndirib. “Azəryol” isə 16 xalla üçüncü yerdə qərarlaşıb.