Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Mürəkkəbsiz çapa imkan verən nanokağız yaradılıb

13 Fevral 2017
ABŞ və Çin alimləri mürəkkəbdən istifadə etmədən çapa imkan verən nanokağız yaradıblar.

AZƏRTAC “rueconomics.ru” saytına istinadla xəbər verir ki, ultrabənövşəyi işığın təsiri altında lazım olan yerlərdə nanokağızın rəngini dəyişmək mümkündür.

Alimlər bildiriblər ki, bu kağızdan dəfələrlə istifadə oluna bilər. Əvvəllər çap olunmuş məlumatları silmək üçün vərəqi 120 dərəcəyədək qızdırmaq lazımdır.

Ümumilikdə nanokağızları 80 dəfə çap eləmək olar. Xüsusi kağızın tərkibindəki mavi rəng və titan mürəkkəb olmadan çapa imkan verir.