Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Təsərrüfat subyektləri rəhbərlərinin nəzərinə!

07 Fevral 2017
Sizi ölkədə həyata keçirilən iqtisadi islahatların mühüm istiqaməti olan şəffaflığın artırılmasında fəal iştirak etməyə və bu məqsədlə müstəqil auditorların xidmətlərindən istifadə etməyə çağırırıq.

Auditorlar Palatası bu istiqamətdə Sizin hər bir sorğunuzu cavablandırmağa və müvafiq dəstək göstərməyə hazırdır.

Qanunvericiliyin tələblərinə uyğun olaraq aşağıda göstərilən təsərrüfat subyektləri   2016-cı il üzrə  maliyyə (mühasibat) hesabatlarının düzgünlüyünü auditor rəyi ilə təsdiq etdirməlidirlər.


 

          1 Banklar və digər kredit təşkilatları “Banklar haqqında” Azərbaycan Respublikasının 2004-cü il 16 yanvar tarixli 590-IIQ saylı Qanununa (maddə 8, 9, 44, 45, 46 və s.) əsasən.
          2 Səhmdar cəmiyyətləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (m.107.6) əsasən;
          3 Sığorta təşkilatları və cəmiyyətləri ``Sığorta fəaliyyəti haqqında`` Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ saylı Qanununa (m.74) əsasən;
          4 İnvestisiya fondları “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının 2010-cu il 22 oktyabr tarixli 1101-IIIQ saylı Qanununa (m.26) əsasən.
          5 Maliyyə-sənaye qrupları ``Maliyyə-sənaye qrupları haqqında`` Azərbaycan Respublikasının 1996-cı il 10 iyun tarixli 123-IQ saylı Qanuna (m.16) əsasən;
          6 Məhdud məsuliyyətli cəmiyyətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (m.91.4) əsasən;
          7 Fond və birjalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə(m.115.3) əsasən;
          8 Qiymətli kağızların emitentləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (m.1078) əsasən;
          9 Büdcədənkənar fondlar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (m.115) əsasən;
         10 İctimai əhəmiyyətli qurumlar ``Mühasibat uçotu haqqında`` Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ saylı Qanuna (m.12) əsasən;
         11 Bələdiyyələr və bələdiyyə müəssisələri ``Bələdiyyələrin maliyyəsinin əsasları haqqında`` Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 772-IQ saylı Qanununa (m.10,13) əsasən;
         12 Birləşdirilmiş (konsolidə edilmiş və icmal) hesabatlar təqdim edən hüquqi şəxslər (holdinqlər) ``Mühasibat uçotu haqqında`` Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ saylı Qanuna (m.12) əsasən;
         13 Təbii inhisar fəaliyyəti subyektləri ``Mühasibat uçotu haqqında`` Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ saylı Qanuna (m.12) əsasən;
        14 Publik hüquqi şəxslər “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli Qanununa və onların nizamnamələrinə əsasən.
        15 Siyasi Partiyaları ``Mühasibat uçotu haqqında`` Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ saylı Qanuna (m.14.6) əsasən..

Xatırladırıq ki, qanunvericiliklə tələb olunan qaydada auditdən keçməməyə görə Azərbaycan Respublikasının “İnzibati Xətalar Məcəlləsi”nin 464-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunma nəzərdə tutulmuşdur.

Sərbəst auditorlar və auditor təşkilatları barədə məlumatları Azərbaycan Respublikası Auditorlar Palatasının internet səhifəsindən əldə edə bilərsiniz (http://www.audit.gov.az).