Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

1000-dən çox insan pulsuz göz müayinəsindən yararlanıb

19 Yanvar 2017
 

“Azercell Telekom”un dəstəyi ilə fəaliyyət göstərən “Mobil Göz Klinikası” ötən il ərzində müxtəlif göz xəstəliklərindən əziyyət çəkən yüzlərlə insanı müayinə və müalicə edib.

Ağcabədidə yerləşən Gənclər Təhsil Mərkəzində 47 nəfər,  Sabunçu rayonu, Yeni Ramana qəsəbəsindəki 1 saylı sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzində 29 nəfər müayinə olunub. Klinikanın həkimləri Salyanda və Siyəzəndə yerləşən internat məktəbində ehtiyacı olan 100 nəfərə yardım etdikdən sonra Əmircan, Zığ və Hövsan qəsəbəsində 120 nəfər - valideyn himayəsindən məhrum olan uşaqlara, ahıllara və aztəminatlı ailələrə xidmət göstəriblər. Salyandakı Əlillər Cəmiyyətində 35, Buzovna qəsəbəsindəki Qocalar evində 24 nəfər  müayinə olunub. Müayinələrin nəticələrinə əsasən ehtiyacı olanlara gözlük reseptləri yazılıb, bəzilərinə müalicələr təyin edilib.

Ümumilikdə 2016-cı ildə 1000-dən çox ehtiyacı olan insana “Mobil Göz Klinikası” layihəsi çərçivəsində yardım edilib.

Xatırladaq ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri “Azercell”in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi” İctimai Birliyi tərəfindən həyata keçirilir. Klinikanın həkimləri 4 il ərzində həyata keçirilən layihə çərçivəsində Bakı şəhərindəki bir çox internat məktəblərində, uşaq evlərində də olublar. Klinikanın həkimləri Bakı ilə yanaşı, ölkənin bir çox bölgələrində də müalicəyə ehtiyacı olan insanlara xidmət göstəriblər.

 

“Azərbaycan”