Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Banklardan nağd çıxarılan pul vəsaitlərinə görə sahibkarlardan 1 faiz vergi tutulacaq

12 Yanvar 2017
Banklardan nağd pul vəsaitlərinin çıxarılmasının məhdudlaşdırılması və nağdsız ödəmələrin stimullaşdırılması məqsədilə hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə banklar və poçt rabitəsinin milli operatorları tərəfindən 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi tutulacaq.

AZƏRTAC xəbər verir ki, bunu Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Samirə Musayeva deyib.

Onun sözlərinə görə, bu, vətəndaşlara deyil, yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə tətbiq olunacaq.

Yeni qaydalar həm sadələşdirilmiş, həm də ƏDV ödəyiciləri olan şəxslərin vəsaitlərini banklardan nağd qaydada çıxararkən tətbiq olunacaq.