Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Tibb Universitetinin tələbələri “fastfood”un ziyanları barədə videoçarx hazırlayıblar

12 Yanvar 2017
Azərbaycan Tibb Universitetinin tələbələri “fastfood”un ziyanları barədə videoçarx hazırlayıblar.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, gənclərin sağlam həyat tərzinə həsr olunan və 10 dəqiqə davam edən videoçarx maraqlı formatda hazırlanıb. Videoda "Sağlamlıq nədir?" və "Sağlam həyat tərzi necə olmalıdır?" mövzuları ümumilikdə əhatə olunub, o cümlədən gənclərin qida seçimi, fiziki məşğuliyyətləri, gündəlik davranışlarında yol verdikləri səhvlər göstərilib. Həmçinin tələbələrin ən çox istifadə etdikləri “fastfood”un ziyanları, oturaq həyat tərzinin fəsadları haqqında məlumat verilib.

Universitetin tələbə həmkarlar ittifaqı komitəsinin bu layihəsi komitənin sədri Elşad Novruzovun birbaşa iştirakı və dəstəyi ilə baş tutub. Videoçarxın yaradıcı heyəti ATU-nun tələbələridir. Layihə müəllifləri Malik Şükürlü və Nuran Sadəddinli, rolların ifaçıları isə Orxan Aslanlı, Əvəz Zeynallı, Nigar Əhmədova, Nuran Sadəddinli, Dursun Həsənov və Füzuli Namazovdur.