Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Prezidenti İlham Əliyev AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçilərini qəbul edib

12 Yanvar 2017
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Predanı və Stefan Şennakı qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanda gedən proseslər, siyasi, iqtisadi, humanitar və digər sahələrdə həyata keçirilən islahatlar və bu istiqamətdə atılan addımlar ətrafında geniş fikir mübadiləsi aparıldı.