Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Donald Tramp Nyu-Yorkda mətbuat konfransı keçirib

11 Yanvar 2017
ABŞ-ın 45-ci prezidenti seçilmiş Donald Tramp seçkilərdə qələbəsindən sonra bu gün Nyu-Yorkda ilk böyük mətbuat konfransı keçirib. O konfransda bir sıra kəskin məsələləri şərh edib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Donald Tramp çıxışında Ağ evin Rusiya ilə münasibətlərinə xüsusi yer ayırıb. Qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinlə əlaqələri qaydaya salmağa ümid bəsləyir. Rusiya tərəfi İŞID-lə mübarizəyə kömək edə bilər.

Gələcək prezident çıxışında Moskvanın onun barəsində kompromat yığdığına dair informasiyanı şərh edib və yoxlanılmamış məlumatı dərc etməyən amerikalı jurnalistlərə təşəkkürünü bildirib. O, həmçinin ABŞ-ın siyasi institutlarına kiberhücumlarla bağlı Rusiyaya ünvanlanan ittihamlara da münasibətini açıqlayıb.

Donald Tramp mətbuat konfransında biznesinin gələcəkdə necə idarə olunması ilə bağlı məlumat verərək deyib: “İki oğlum şirkətləri idarə edəcək və onlar mənimlə heç bir məsələni müzakirə etməyəcəklər”.