Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

KİV: İraqın hökumət qüvvələri Mosulun şərq hissəsinin 80 faizinə nəzarət edir

11 Yanvar 2017
İraqın hökumət qüvvələri Mosulun şərq hissəsinin 80 faizinin nəzarətini ələ keçirib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə əməliyyat komandanlığının nümayəndəsi Sabah ən-Numan bildirib.

İraqın şimalında yerləşən Mosul şəhərinin İŞİD terror qruplaşmasından azad olunması uğrunda əməliyyatlar 2016-cı ilin oktyabr ayından davam edir. Qruplaşma Mosulun şərqindəki rayonların əksəriyyətindən geri çəkilməyə məcbur olsa da, Dəclə çayının digər sahilində yerləşən qərb hissəsi yaraqlıların əlindədir.

Yanvarın 11-də hökumət qüvvələrinin hərbi komandanlığı hücumun davam etdiyi və Əl-Maliyə rayonunun ələ keçirildiyi barədə məlumat yayıb.