Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

ABŞ-ın yeni sanksiyaları Rusiyada energetika və maliyyə sektorlarını hədəfə alır

11 Yanvar 2017
ABŞ senatorlarının bir qrupunun Rusiyaya qarşı yeni sanksiyalar haqqında hazırladığı qanun layihəsi Rusiya iqtisadiyyatının energetika və maliyyə sektorlarına sərmayə qoyuluşunu məhdudlaşdırmağı nəzərdə tutur. Bu barədə Amerika KİV-i xəbər verir.

Sənədi beş respublikası və beş demokrat hazırlamışdır. Qanun layihəsi Rusiyanın neft-qaz hasilatı sənayesinə 20 milyon dollardan çox sərmayə qoyan hüquqi və fiziki şəxslərə qarşı sanksiyalar tətbiq olunmasını nəzərdə tutur. Rusiyanın boru kəmərləri inşasına bir il ərzində 5 milyon dollardan çox pul qoyan, həmçinin mülki nüvə obyektlərinə 1 milyon dollardan çox investisiya yatıran sərmayədarlar sanksiyalara məruz qalacaqlar.  

Qanun layihəsi müəlliflərinin fikrincə, Rusiyanın borcunu alıb satmaqla məşğul olan şirkətlərə və fiziki şəxslərə, habelə Rusiya müəssisələrinin və şirkətlərinin aktivlərini satın alanlara da qarşı sanksiyalar tətbiq olunmalıdır.

Sanksiyalar təkcə ABŞ-ın yox, həm də üçüncü ölkələrin şirkətlərinə və fiziki şəxslərinə şamil olunacaq.