Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

BƏƏ-nin beş diplomatı Əfqanıstanda həlak oldu

11 Yanvar 2017
Əfqanıstanın Qəndəhar şəhərində srağagün baş vermiş partlayış nəticəsində ölən 11 nəfər arasında Birləşmiş Ərəb Əmirliklərinin beş diplomatı da var. Terror aktı zamanı 17 nəfər, o cümlədən BƏƏ-nin səfiri və Qəndəhar əyalətinin qubernatoru yaralanmışdır. Bu barədə “əl-Cəzirə” telekanalı xəbər verir.

Telekanalın xəbərinə görə, partlayış ərəb nümayəndə heyəti hökumət binasında olarkən baş vermişdir. Ümumiyyətlə, iki gün əvvəl Əfqanıstanın üç şəhərində törədilmiş üç partlayış nəticəsində 51 nəfər həlak olmuş, 100 nəfər yaralanmışdır.

“Əl-Cəzirə” qeyd edir ki, ərəb diplomatları Qəndəharda BƏƏ-nin maliyyə dəstəyi ilə bir neçə layihəyə start verməyi planlaşdırırdılar. Faciə ilə əlaqədar BƏƏ-də üçgünlük matəm elan olunmuş, dövlət bayraqları endirilmişdir.