Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bolqarıstanda 100-dən çox yaşayış məntəqəsi işıqsız qaldı

11 Yanvar 2017
Bolqarıstanın şərqində 117 yaşayış məntəqəsi güclü qar yağması nəticəsində işıqsız qalmışdır. Energetika nazirinin səlahiyyətlərini icra edən Temenujk Petkovun verdiyi məlumata görə, Burqas vilayətində vəziyyət daha ağırdır: burada yaşayış məntəqələrinin təxminən 95 faizində elektrik enerjisi verilişi kəsilmişdir. 

“Nova TV” telekanalı xəbər verir ki, bir sıra magistrallarda hərəkət məhdudlaşdırılmış, yaxud dayandırılmışdır. Varnen, Dobriç, Şumen və Silistren vilayətlərində bütün növ nəqliyyat vasitələri üçün hərəkət qadağan edilmişdir. “Frakiya” avtomagistralının ayrı-ayrı sahələri bağlanmış, həmçinin “Xemus” avtomagistralının bəzi sahələrində hərəkət məhdudlaşdırılmışdır.
Sinoptiklərin proqnozuna görə, ölkədə mürəkkəb hava şəraiti hələ təxminən bir həftə davam edəcək.