Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

ABŞ-ın zirehli tank bölüyü Latviyaya gələcək

11 Yanvar 2017
ABŞ-ın zirehli tank bölüyü fevralın sonunda Latviyaya gələcək. Bunu Latviya Respublikası Milli Silahlı Qüvvələrinin komandanı Leonids Kalnınış bəyan edib.

O, LNT telekanalına müsahibəsində deyib: “Böyüyün gəlişi fevralın sonuna nəzərdə tutulub”. L.Kalnınışın sözlərinə görə, NATO-nun “Şərq cinahını” gücləndirməyə yönəldilmiş “Atlantic Resolve” (“Atlantika qətiyyəti”) missiyası çərçivəsində Latviyaya onlarca ağır zirehli texnika gətiriləcək.

Ötən həftə Almaniyanın Bremerhafen şəhərində içərisində “Atlantic Resolve” missiyası üçün nəzərdə tutulmuş ABŞ hərbi texnikası olan birinci gəminin boşaldılmasına başlanıb. Almaniyadan gətirilən 87 tank, yük maşını və digər hərbi texnika Polşaya, oradan da NATO-nun üzvü olan digər Şərqi Avropa ölkələrinə göndəriləcək.

 

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa