Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ötən il qida zəhərlənmələrindən 924 nəfər zərər çəkib

11 Yanvar 2017
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi 2016-cı ildə Azərbaycanda baş verən qida zəhərlənmələrinin sayını açıqlayıb.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, ötən il ölkəmizdə qeydə alınan 625 qida zəhərlənməsi nəticəsində 924 nəfər zərər çəkib. Bundan başqa, il ərzində qeydə alınan 36 botulizm hadisəsi nəticəsində 55 nəfər zərər çəkib, 2 nəfər isə həyatını itirib.