Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Baş hematoloq: Qan xəstəlikləri 15 yaşa qədər uşaqlar arasında ölümün əsas səbəblərindən biridir

11 Yanvar 2017
 

Azərbaycanda 300 uşaq qanın bədxassəli xəstəliyi diaqnozu ilə qeydiyyatdadır. Qanın bədxassəli xəstəlikləri 15 yaşa qədər uşaqlar arasında ölümün əsas səbəblərindən biridir.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş hematoloqu Çingiz Əsədov B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda yanvarın 11-də keçirilən tədbirdə çıxışı zamanı deyib.

Qanın bədxassəli xəstəliklərinin müasir təbabətin ən aktual problemlərindən biri olduğunu deyən Ç.Əsədov bildirib ki, dünyada bütün bədxassəli şişlərdən ölüm hallarının 6-10 faizini məhz bu xəstəliklər təşkil edir. Uşaq və gənc yaşlarında qanın bədxassəli xəstəlilərindən ölüm hallarının 50 faizə yaxın olması narahatlıq doğurur.