Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Tanınmış şahmatçı Vüqar Həşimovun xatirəsi anılıb

11 Yanvar 2017
Yanvarın 11-də Azərbaycanın tanınmış şahmatçısı, beynəlxalq qrossmeyster Vüqar Həşimovun vəfatından üç il ötür.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar görkəmli şahmatçının xatirəsinə həsr olunan, “ASAN” könüllüləri arasında keçirilən turnirin iştirakçıları, Vüqar Həşimovun yaxınları, şahmatçılar və ölkə ictimaiyyətinin nümayəndələri yanvarın 11-də ikinci Fəxri xiyabana gələrək mərhum şahmatçının məzarını ziyarət ediblər.

Tədbir iştirakçıları Vüqar Həşimovun məzarı önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.