Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Qazprom” Ermənistana satdığı təbii qazın nəqlinə görə Gürcüstana nağd pul ödəmək niyyətindədir

11 Yanvar 2017
“Qazprom” Ermənistana satdığı təbii qazın Gürcüstan ərazisindən nəqlinə görə nağd pul ödəməkdə israrlıdır.

Bu sözləri Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze yanvarın 10-da “Qazprom” nümayəndələri ilə görüşünün nəticələri barədə jurnalistlərə açıqlamasında deyib.

K.Kaladze bildirib ki, əvvəlki müqaviləyə əsasən “Qazprom” Ermənistana satdığı təbii qazın Gürcüstan ərazisindən nəqlinə görə daşınan “mavi yanacağın” ümumi həcminin 10 faizi həcmində bizə təbii qaz verirdi. Bu müqavilənin müddəti 2016-cı il dekabrın 31-də başa çatıb. Yeni müqavilənin layihəsi hazırlanarkən bəzi şərtlərdə dəyişikliklər nəzərdə tutulub. Gürcüstan “mavi yanacağın” ərazisindən nəqlinə görə yenə də qaz almaq niyyətində olsa da “Qazprom” bu əməliyyat üçün nağd pul ödəmək istəyir. Yanvarın 10-da Minskdə keçirilən üçüncü görüşdə də “Qazprom” təbii qazın nəqlinə görə pul kompensasiya ödəməkdə israrlı olduğunu bəyan edib.

K.Kaladzenin sözlərinə görə, bu təkliflə bağlı son qərarı Gürcüstan hökuməti verəcək.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi