Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Strateji Yol Xəritəsi: Tranzit trafik xətt yaradılacaq

11 Yanvar 2017
Tranzit trafik xətt yaradılacaq. Tranzit trafikin həcminin artırılması və beynəlxalq şlüzlərə çıxışın səmərəliliyinin yüksəldilməsi üçün “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi üzrə fiber-optik internet xəttinin Xəzər dənizinə düşən hissəsinin çəkilməsi istiqamətində texniki-iqtisadi əsaslandırma həyata keçiriləcək və təhlilin nəticələrindən asılı olaraq müvafiq addımlar atılacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirlər “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə əksini tapıb.

Sənəddə həmçinin deyilir ki, sabit şəbəkədə istismardan çıxarılmış mis xammaldan istifadə ediləcək. Rekonstruksiya nəticəsində istismardan çıxarılmış kabellərdə olan mis xammalın realizasiyası üsulları təhlil ediləcək. Xammal satışı nəticəsində əldə olunan vəsaitin telekommunikasiya sektoru və ya dövlət siyasətinə uyğun olaraq, digər prioritet sahələrə yönəldilməsi istiqamətində təhlillər aparılacaq.