Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

SOCAR: Magistral qaz kəmərində təmir-bərpa işlərinə başlanılıb

11 Yanvar 2017
Xəbər verildiyi kimi, yanvarın 10-da axşam saat 20:45 radələrində diametri 1000 millimetr olan Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində yanğın baş verib. Görülmüş tədbirlər nəticəsində yanğın lokallaşdırılaraq söndürülüb, qazın nəqli alternativ xəttə keçirilib, istehlakçıların təbii qaz təchizatında fasilə yaranmayıb. Kəmərdə təmir-bərpa işlərinə başlanılıb.

Bu barədə AZƏRTAC-a SOCAR-ın mətbuat xidmətindən bildirilib.