Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Mosulun azad edilməsi əməliyyatı zamanı 193 yaraqlı öldürülüb

11 Yanvar 2017
İraq ordusu Mosulun İŞİD-dən azad edilməsi əməliyyatının gedişində bəzi strateji bölgələri tam nəzarətə götürüb və 193 yaraqlını məhv edib.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, şəhərdəki bir sıra strateji obyektlərə nəzarət təmin olunub.

Mosuldakı xilasetmə əməliyyatı komandirlərindən general Abdulemir Yarallah bildirib ki, şəhərin şərq hissəsindəki Es-Sukar məhəlləsi tam olaraq terrorçulardan təmizlənib, cənubundakı Ed-Dubbat məhəlləsi ilə şimalındakı 7 Aprel məhəlləsinin bir qismi də İraq ordusunun nəzarəti altındadır. Hazırda əməliyyatlar davam etdirilir.