Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Magistral qaz kəmərində qəza baş verib

10 Yanvar 2017
Yanvarın 10-da axşam saat 20.45 radələrində diametri 1000 millimetr olan Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində yanğın baş verib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanğının söndürülməsi məqsədilə kəmər dərhal lokallaşdırılıb, bu xəttə verilən qaz alternativ kəmərə ötürülüb və xətt istismardan təcrid olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb, yaşayış məntəqələri üçün hər hansı təhlükə yoxdur. Hadisənin səbəbləri araşdırılır, əlavə məlumat veriləcək.