Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Kabildə iki terror aktı nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb

10 Yanvar 2017
Yanvarın 10-da Əfqanıstanın paytaxtı Kabildə parlament kompleksi yaxınlığında törədilən iki terror hadisəsi nəticəsində həlak olanların sayı 38 nəfərə yüksəlib.

AZƏRTAC xəbər verir ki, Assosiated Press agentliyinin rəsmi mənbələrə istinadla yaydığı məlumata görə, Dar-ul-Aman rayonunda partlayışlardan birini terrorçu-kamikadze törədib. Həmçinin parlament binası qarşısında minalanmış avtomobil partladılıb. Yaralananlar arasında Herat vilayətindən qadın deputatın da olduğu bildirilir.

Hücumun məsuliyyətini “Taliban” hərəkatı üzərinə götürüb.