Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisin nümayəndə heyəti İranın sabiq Prezidentinin vəfatı ilə əlaqədar mərasimlərdə iştirak edəcək

10 Yanvar 2017
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, parlamentin elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, deputatlardan Nəriman Əliyev, Şəmsəddin Hacıyev, Hüseynbala Mirələmov, Aydın Mirzəzadə yanvarın 10-da İran İslam Respublikasının paytaxtı Tehran şəhərinə səfər edəcəklər.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyəti İran İslam Respublikasının sabiq Prezidenti Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar mərasimlərdə iştirak edəcək.

Səfər yanvarın 12-də başa çatacaq.