Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İsveçrədən gətirilən cins keçilər gündə 4-8 litr süd verir

10 Yanvar 2017
Lənkəran rayonunun Separadi kənd sakini Ruhulla Axundzadə təsərrüfatında İsveçrə cinsli keçilər saxlayır.

AZƏRTAC xəbər verir ki, “Saanen”, “Alpin” və “Oberhaş” cinsli keçilər məhsuldarlığı ilə yanaşı, südünün keyfiyyətinə görə də yüksək göstəricilərə malikdir. Əgər yerli keçilər gün ərzində 1 litr süd verirsə, İsveçrə cinsli keçilərdə bu göstərici 4-8 litrdir. Beş aydan bir bala verən keçilərin qiyməti 800-1200 manatdır.

Cins keçilər yerli iqlim şəraitinə də uyğunlaşıblar. Soyuq havalara dözümlü, rütubətə həssasdırlar. Məhsuldarlığı yüksək olan keçiləri bəsləmək üçün o qədər də çox yem tələb olunmur.

R.Axundzadə gələcəkdə təsərrüfatındakı keçilərin sayını 500 başa çatdırmaq niyyətindədir.