Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dünyanın ilk eko-məscidi Omanda tikiləcək

10 Yanvar 2017
Dünyada tamamilə "yaşıl enerji" ilə işləyəcək ilk məscid tezliklə Omanda tikiləcək.

AZƏRTAC "RİA Novosti"yə istinadla xəbər verir ki, layihənin yaradılması üzrə işlərin 90 faizi başa çatıb. "Hazırda məscidin damında günəş panellərinin quraşdırılması işləri aparılır", - deyə layihənin baş memarı Badra Əl-Hadabi bildirib.

Memar qeyd edib ki, məsciddə eyni vaxtda 50 nəfər ibadət edə biləcək. Memar tikilinin ölçüsünün belə kiçik olmasını məkanın sərinləşdirmə sistemi üçün həddən çox enerji tələb olunması ilə izah edib.

B.Əl-Hadabi bildirib ki, ölkədə istehlak edilən enerjinin böyük hissəsi sərinləşdirmə sistemi üçün istifadə olunur. O, ümid edir ki, layihə bütün Sultanlıqda tikinti sənayesi üçün model olacaq.