Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Bakı Qış Festivalı-2017” adlı konsert təşkil olunub

10 Yanvar 2017
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin şəbəkəsinə daxil olan H.Abbasov adına Mədəniyyət evinin təşkilatçılığı ilə Azərbaycan və Gürcüstan xalqları arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi məqsədilə “Bakı Qış Festivalı-2017” adılı konsert proqramı keçirilib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, konsertdə Gürcüstanın “Lalə” folklor ansamblı, “Marjanişvilelebi” Kutaisi Gənc Tamaşaçılar Teatr kollektivi, “Gvirilla” uşaq vokal rəqs ansamblı və Mərdəkan Mədəniyyət Sarayının “Azərbaycan qartalları”, “Yeni axın” gənclər studiyası iştirak ediblər.

Sonda iştirakçılara sertifikatlar və fəxri fərmanlar təqdim olunub.