Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

ABŞ senatorları Rusiyaya qarşı yeni sanksiyalar hazırlayırlar

10 Yanvar 2017
ABŞ Konqresində Rusiyanın 2016-cı il prezident seçkilərinə təsir göstərmək cəhdlərinə görə Moskvaya qarşı əhatəli sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsi təqdim olunacaq. Bu barədə “Röyter” agentliyi xəbər verir.

Müvafiq qanunvericilik təşəbbüsü ilə respublikaçı senator Con Makkeyn, demokrat senatorlar Ben Kardin və Robert Menendes çıxış etmişlər.

Xatırladaq ki, ötən il dekabrın 29-da ABŞ Rusiyanın bir sıra vətəndaş və təşkilatlarına, o cümlədən Federal Təhlükəsizlik Xidmətinə qarşı sanksiyalar tərtib etmiş, 35 rusiyalı diplomatı və onların ailə üzvlərini ölkədən çıxarmışdır. Həmin gün Milli Təhlükəsizlik Agentliyi və Federal Təhqiqatlar Bürosu birgə bəyanatla çıxış edərək Rusiya hakimiyyət orqanlarını respublikaçı namizəd Donald Trampın qələbəsinə kömək etmək məqsədilə kiberhücumlar həyata keçirməkdə ittiham etmişdir. Moskva bütün ittihamları rədd etmişdir.

Trampın qələbəsi ilə başa çatmış prezident seçkiləri keçən il noyabrın 8-də keçirilmişdir. Dövlətin yeni başçısı cari ayın 20-də and içərək səlahiyyətlərinin icrasına başlayacaq.