Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Tailandda daşqınlar 25 nəfərin həyatına son qoydu

10 Yanvar 2017
Tailandın cənubunda fasiləsiz leysan yağışlarının doğurduğu daşqınlar nəticəsində 25 nəfər həlak olmuşdur. Bu barədə Daxili İşlər Nazirliyi məlumat vermişdir.

Məlumatda deyilir ki, ölənlərin hamısı Tailand vətəndaşıdır. Ötən ayın axırlarında başlamış leysan yağışları 10 əyalətə ciddi ziyan vurmuşdur. Əyalətlərin əksəriyyətində suyun səviyyəsi get-gedə aşağı düşür. Cənubdakı turizm infrastrukturu zərər çəkməmiş, vəziyyət get-gedə normallaşır.

Bununla belə, leysan yağışları davam edir. Son günlər Praçuab Kirikxan əyalətində və Xua Xin kurort şəhərinin yaxınlığında yeni daşqın zonası əmələ gəlmişdir. Şose və dəmir yollarının bir hissəsi sıradan çıxmışdır. Yüzlərlə məktəb və məktəbəqədər müəssisə bağlanmış, bir neçə xəstəxana köçürülmüşdür.