Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qaziantepdə polis idarəsinin qarşısında atışma olub

10 Yanvar 2017
Türkiyənin cənub-şərqində yerləşən Qaziantep vilayətinin polis idarəsinin qarşısında atışma olub.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, hadisə yerinə təhlükəsizlik qüvvələri və təcili tibbi yardım briqadaları cəlb ediliblər.

Bəzi mənbələrdə yayılan məlumatlara görə, polis məntəqəsinə soxulmağa cəhd göstərən intiharçı-terrorçu zərərsizləşdirilib.

Zərərçəkənlər barədə məlumat verilmir.