Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İki mindən çox müəllim diaqnostik qiymətləndirmədə iştirak edəcək

10 Yanvar 2017
Yanvarın 10-da ötən illərdə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul olunan müəllimlərin qiymətləndirilməsinə başlanılıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən qiymətləndirmədə 2 min 300-dək müəllimin iştirakı nəzərdə tutulur.

Qiymətləndirmədə Bakı, Sumqayıt, Şirvan şəhərlərinin, Abşeron, Hacıqabul, Sabirabad, Qubadlı rayonlarının, Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrinin və xüsusi internat məktəblərinin müəllimləri iştirak edirlər. Eyni zamanda, bu qiymətləndirməyə Şuşa rayonunun Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin müəllimləri də qatılıblar.

Diaqnostik qiymətləndirmə yanvarın 11-də davam edəcək.