Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Həkimlər toyuq yumurtasının faydasını bir daha təsdiqləyiblər

10 Yanvar 2017
Finlandiyalı alimlər bildiriblər ki, kişilər sağlamlığı möhkəmləndirmək üçün qida məhsulları sırasına yumurtanı da əlavə etməlidirlər.

AZƏRTAC “rosbalt.ru” saytına istinadla xəbər verir ki, yumurta yemək ikinci tip şəkərli diabetin inkişaf riskini 37 faiz azaldır. Yumurta, həmçinin ürək-damar sisteminin möhkəmlənməsinə kömək edir.

Lakin alimlər sübut ediblər ki, bu ərzaq məhsulu kişilər üçün xüsusilə faydalıdır.

Bundan əvvəl bildirilib ki, toyuq yumurtası və ondan hazırlanan yeməklər insanın baş-beyin damarları üçün faydalıdır. Gündə heç olmasa bir yumurta yemək yaşlı adamlarda insult keçirmək ehtimalını 12 faiz azaldır. Toyuq yumurtası döş xərçənginin qarşısını almağa da kömək edir. Onun tərkibində olan Omeqa-6 polidoymamış yağlar döş xərçənginin yaranması riskini azaldır.