Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Xəzər dənizində zəlzələ olub

10 Yanvar 2017
Yanvarın 10-da Xəzər dənizində 3,4 bal gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 13:31-də 60 kilometr dərinlikdə qeydə alınıb.