
Janez Kocijançiç: 2019-cu ildə yeniyetmələr arasında Avropa Oyunları Azərbaycanda keçiriləcək
10 Yanvar 2017
2019-cu ildə yeniyetmələr arasında Avropa Oyunları Azərbaycanda keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bunu Avropa Olimpiya Komitəsinin vitse-prezidenti Janez Kocijançiç yanvarın 10-da Azərbaycan Milli Olimpiya Komitəsində keçirilən mətbuat konfransında deyib.
Y.Kocijançiç bildirib ki, Azərbaycan “Bakı-2015” birinci Avropa Oyunlarına və Formula-1 Avropa Qran-prisinə yüksək səviyyədə ev sahibliyi edib. Bu mötəbər yarışlar Azərbaycan idmanının uğurlu inkişafından xəbər verir.