Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“The Globalist” jurnalında Hacı Zeynalabdin Tağıyev haqqında məqalə dərc olunub

10 Yanvar 2017
Malayziyada ingilis dilində nəşr olunan “The Globalist” jurnalının növbəti buraxılışında “Hacı Zeynalabdin Tağıyev: Azərbaycanın görkəmli tarixi şəxsiyyəti” adlı məqalə dərc olunub.

Məqalənin müəllifi Datin Buşra Naseer Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində ölkəmizdə səfərdə olub və bir çox məkanları, o cümlədən Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib.

Muzeyin görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yaşadığı binada yerləşdiyi qeyd olunan məqalədə H.Z.Tağıyevin həyatı, xeyriyyəçilik fəaliyyəti, azərbaycanlı gəncləri xarici ölkələrə təhsil almağa göndərməsi, Bakıda ilk qızlar məktəbini açması, həmçinin Azərbaycanda neft hasilatının inkişafında gördüyü işlər barədə ətraflı məlumatlar öz əksini tapıb.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Kuala Lumpur