Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan–Almaniya matçının biletləri satışda

10 Yanvar 2017
Futbol üzrə Azərbaycan millisinin 2018-ci il dünya çempionatının seçmə mərhələsində keçirəcəyi növbəti oyunun biletləri satışa çıxarılıb.

AZƏRTAC xəbər verir ki, martın 26-da oynanılacaq Almaniya ilə qarşılaşmanın biletləri bu gündən onlayn satışdadır.

Bundestimlə matçı izləmək istəyənlərə 7 kateqoriyalı biletlər təklif olunur. VİP sektora giriş 50 manata olacaq. Bundan başqa, 2, 5, 9, 14, 19 və 20 manatlıq biletlər də satışa çıxarılıb. Kassalarda satışa isə fevralın 1-dən start veriləcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan–Almaniya oyunu saat 20:00-da başlayacaq.