Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Diaqnostik qiymətləndirmədə iştirak etməyən müəllimlər üçün imtahan keçirilir

10 Yanvar 2017
Ötən illərdə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər üçün imtahan keçirilir.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman zalında təşkil olunan imtahanda Bakı, Sumqayıt, Şirvan şəhərlərinin, Abşeron, Hacıqabul, Sabirabad, Qubadlı rayonlarının, nazirliyin tabeliyindəki ümumi təhsil müəssisələrinin və xüsusi internat məktəblərinin müəllimləri iştirak edirlər. Eyni zamanda, Şuşa rayonunun Bakı şəhərindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlər də bu imtahana qatılıblar.

İmtahan yanvarın 11-də davam edəcək.