Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Gözəl və abad Cəlilabad

10 Yanvar 2017
 

Regionların sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramları çərçivəsində həyata keçirilən ardıcıl tədbirlər bütün bölgələrdə öz nəticələrini göstərir. Son illər ərzində Cəlilabadın da siması dəyişib. İstər rayon mərkəzi, istərsə də kəndlər yaxşı mənada tanınmaz olub.

Ürəkaçan yenilikləri Cəlilabadın giriş qapılarından başlayaraq hər yanda görmək mümkündür. Muzeylər, orta məktəb, şahmat məktəbi binaları və digər tikililər cəlilabadlıların qürur duyduğu yeniliklərdəndir. Bu obyektlərin hər biri yaşıllıqla - ağac və gül kolları ilə əhatə olunub. Gözəllik də artıb, təravət və rahatlıq da.

Saysız-hesabsız yeni yaşayış binaları isə rayon sakinlərinin öz həyat şəraitini yaxşılaşdırmaq əhvali-ruhiyyəsinə və imkanına malik olduqlarının göstəricisidir.

 

Foto Ağaəli MƏMMƏDOVUNDUR,

“Azərbaycan”