Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Strateji Yol Xəritəsi: Dəniz nəqliyyatı və dəmir yolu sahəsində özəl sektorun iştirakı təmin ediləcək

09 Yanvar 2017
Dəniz nəqliyyatı və dəmir yolu sahəsində özəl sektorun iştirakı təmin ediləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”ndə bildirilib.

Qeyd olunub ki, Xəzər dənizindən tranzit yüklərin sürətli keçidinə nail olmaq üçün özəl gəmi operatorlarının yükdaşımada iştirakının təmin olunması sahəsində zəruri tədbirlər görüləcək.

Strateji Yol Xəritəsində, həmçinin dəmir yolları sahəsində də özəl sektorun iştirakının təmin edilməsi nəzərdə tutulub. Logistika və ticarət sahəsinin inkişafı üçün dəmir yollarında ən çox investisiya tələb edən sahələrə özəl investisiyaların cəlb olunması və ya birgə müəssisələrin yaradılması istiqamətində zəruri addımlar atılacaq.