Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Açıq qapı” günlərinə başlanılıb

09 Yanvar 2017
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Açıq qapı” günlərinə başlanılıb.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, görüşdə tələbə, valideyn və digər vətəndaşların müraciətləri dinlənilib. Bütün müraciətlər yerindəcə araşdırılıb, vaxtında və təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə struktur bölmələrə tapşırıqlar verilib.

Qeyd edək ki, UNEC-də 2016/ 2017-ci tədris ilinin qış imtahan sessiyası boyunca hər həftənin şənbə günü “Açıq qapı” günü keçiriləcək. Növbəti “Açıq qapı” yanvarın 14-də təşkil olunacaq. Görüşdə iştirak etmək istəyən tələbə və valideynlər qeydiyyat üçün “Qaynar xətt” xidmətinə (146-1-3) zəng edə bilərlər.